Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? - VİDEO

Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? - VİDEO
Video
Siyasət 29

"Qarabağ xronikası" verilişinin 144-cü buraxılışı yayımlanıb.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Cənubi Qafqaz bölgəsində cərəyan edən hərbi-siyasi proseslərdən, bu proseslərin hansı fəsadlar törədə biləcəyindən bəhs edib. O bildirib ki, Ermənistanda keçirilən təlimlər xarakterinə görə xüsusi təyinatlı qüvvələrin məşqlərini xatırladır:

"ABŞ ikinci il dalbadal Ermənistanla birgə hərbi təlimlər keçirir. Adını "Beynəlxalq sülhməramlı missiyalar zamanı və sabitliyin qorunmasına yönəlik əməliyyatlarda çevik uzlaşmasının artırılması" qoysalar da, görünənlər tam başqa fəaliyyətdən xəbər verir. Belə ki, Ermənistanda təlimlərdə olan ABŞ qüvvələrinin 2-ci süvari alayı 1991-cı ildə İraqa qarşı "Səhrada Tufan" əməliyyatında iştirak edib.

2003-cü ildə isə koalisiya qüvvələri yenidən İraqa təcavüz etdikdə bu alay Bağdaddan Nəcəf və Əl-Küt yaşayış məntəqəsinə qədər uzanan bölgədə işğalçı qüvvələrə qarşı üsyan qaldıran əhaliyə qarşı əməliyyatlar keçirib. Sonrakı dövrlərdə alay NATO-nun Bosniya və Herseqovina və Əfqanıstandakı missiyalarında iştirak edib". "Təlimlər sülhün qorunmasından çox çevik şəkildə hər hansı bir əraziyə daxil olub onu nəzarətə götürməkdən xəbər verir. ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinin təlimləri izləməsi isə məsələnin siyasi tərəfini qabardır", - deyə o qeyd edib.

Fərdin İsazadə vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında baş verə biləcək növbəti gərginlik tək bu iki ölkəni deyil, bütün bölgəni əhatə edəcək: "Görünən odur ki, 4 il öncə "sülh göyərçini" olan kollektiv Qərb bu gün bölgədə "ölüm mələyi" rolunu oynamaq xülyasına düşüb. Lev Tolstoyun əsərindəki qəhrəman Andrey Bolkonskinin dediyi kimi: Müharibə nəzakət deyil, həyatda ən iyrənc işdir. Bunu başa düşmək lazımdır, müharibə oynamağa gərək yoxdur və bu dəhşətli zərurətə ciddi yanaşılmalıdır"."Qarabağ xronikası" verilişinin 144-cü buraxılışı yayımlanıb.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Cənubi Qafqaz bölgəsində cərəyan edən hərbi-siyasi proseslərdən, bu proseslərin hansı fəsadlar törədə biləcəyindən bəhs edib. O bildirib ki, Ermənistanda keçirilən təlimlər xarakterinə görə xüsusi təyinatlı qüvvələrin məşqlərini xatırladır: "ABŞ ikinci il dalbadal Ermənistanla birgə hərbi təlimlər keçirir. Adını "Beynəlxalq sülhməramlı missiyalar zamanı və sabitliyin qorunmasına yönəlik əməliyyatlarda çevik uzlaşmasının artırılması" qoysalar da, görünənlər tam başqa fəaliyyətdən xəbər verir. Belə ki, Ermənistanda təlimlərdə olan ABŞ qüvvələrinin 2-ci süvari alayı 1991-cı ildə İraqa qarşı "Səhrada Tufan" əməliyyatında iştirak edib.

2003-cü ildə isə koalisiya qüvvələri yenidən İraqa təcavüz etdikdə bu alay Bağdaddan Nəcəf və Əl-Küt yaşayış məntəqəsinə qədər uzanan bölgədə işğalçı qüvvələrə qarşı üsyan qaldıran əhaliyə qarşı əməliyyatlar keçirib. Sonrakı dövrlərdə alay NATO-nun Bosniya və Herseqovina və Əfqanıstandakı missiyalarında iştirak edib". "Təlimlər sülhün qorunmasından çox çevik şəkildə hər hansı bir əraziyə daxil olub onu nəzarətə götürməkdən xəbər verir. ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinin təlimləri izləməsi isə məsələnin siyasi tərəfini qabardır", - deyə o qeyd edib.

Fərdin İsazadə vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında baş verə biləcək növbəti gərginlik tək bu iki ölkəni deyil, bütün bölgəni əhatə edəcək: "Görünən odur ki, 4 il öncə "sülh göyərçini" olan kollektiv Qərb bu gün bölgədə "ölüm mələyi" rolunu oynamaq xülyasına düşüb. Lev Tolstoyun əsərindəki qəhrəman Andrey Bolkonskinin dediyi kimi: Müharibə nəzakət deyil, həyatda ən iyrənc işdir. Bunu başa düşmək lazımdır, müharibə oynamağa gərək yoxdur və bu dəhşətli zərurətə ciddi yanaşılmalıdır".

Ətraflı süjetdə:

Son xəbərlər