VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Şimal DRES”, "Zirə-3”, "Dübəndi sobaları” və "28 May”, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Quba” Qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan, eləcə də Pirallahı rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Quba rayonunun qaz təchizatına təsir göstərməsi də mümkündür. 

BAKU.WS