SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bu gün bəzi rayon və qəsəbələrin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 09:00-dan 18:00-dək Masallı, Şəmkir, Qaradağ rayonlarının və Yeni Gəncə qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. 
 
Fasilələrin yaranması qaz sızmalarının aradan qaldırılması, diametri 273mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz tənzimləyici qurğunun diametri 325mm-lik qaz xəttinin üzərində quraşdırılması ilə əlaqədardır.
 
ŞAHİN Həbibov
BAKU.WS