6 yaşlı uşağın qızılcadan ölümünə səbəb həkim səhlənkarlığı olub – ŞOK İDDİA/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada 6 yaşlı uşaq qızılcadan ölüb.
Rayonun Maşxan kənd sakini 6 yaşlı Yusif Əliyevin yaxınları bildirib ki, uşaqda 4 gün imiş ki, hərarət olub.
Onlar azyaşlının ölümündə həkimləri günahlandırır.
Astara rayon Mərkəzi xəstəxanasının direktoru Oktay Əmənullayev "Xəzər Xəbər"ə bildirib ki, xəstə 5 Fevral tarixində valideynləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlər tərəfindən xəstə müayinə olunub və ona qızılca diaqnozu qoyulub. Vəziyyəti ağır olmadığına görə, ambulator müalicəyə göndərilib. Valideynləri sonradan yenidən müraciət edib.
O, da qeyd edilib ki, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən təcili yardıma çağırış olunub. Təcili yardım onların evinə gedərkən, yolda həmən xəstənin gətirilməsini görüblər və maşında təcili yardım həkimləri xəstəni müayinə ediblər. Onun həkimə qədərki ölüm faktı qeydə alınıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...