SİZİN REKLAM BURADA!
055 213 76 73



Göyçayın 20 yaşlı sakini Gülər Qasımova böyrək çatışmazlığından əziyyət çəkir.

Üç ildən çoxdur doğulduğu şəhərdə, həmçinin Bakıda müalicə olunan, dəfələrlə əməliyyat keçirən qızın səhhəti getdikcə daha da ağırlaşır. Böyrəklərindən biri tam sıradan çıxıb, funksionallığını itirib. İkinci böyrək yalnız 12 faiz fəaliyyət göstərir. O, dəfələrlə əməliyyat olunub ve 6 dəfə DZDL edilmişdir.

Həkimlər sağalacağına söz vermişdilər, lakin qəflətən hər iki böyrəyinin fəaliyyətini itirməsi səbəbi ilə xəstəxanaya yerləşdirildi. Hər iki böyrəyə 2 ədəd ureteal stendlər qoyulub. O çox əziyyət çəkir. Onun sağalması üçün 60 min manat pul lazımdır. Pulun kiçik bir hissəsi yığılmışdır. Xeyli hissəsi isə hələ də toplanmamışdır. Gözəl insanlar, edəcəyiniz yardımla bir qızın həyatını dəyişə bilərsiniz.



"Məbləğ çoxdur, mənim 1 manatımla heç nə olmayacaq" deyə düşünməyin. Edəcəyiniz kiçik və ya böyük hər bir yardım onun sağalması ümidlərini daha da artırır. Birlikdə olduqdan sonra hər şey mümkündür! O SİZƏ İNANIR.

Əlaqə
0504023367 (Gülərin ailəsi)

BAKU.WS