6 yaşlı Hüseynin həyatı sizdən asılıdır - 30 min AZN lazımdır (FOTO)

6 yaşlı Hüseynin həyatı sizdən asılıdır - 30 min AZN lazımdır (FOTO)
Sosial 7260
6 yaşlı Hüseyn iki tərəfli qasıq yırtığı və axil vətərinin qısalığı xəstəliklərindən əziyyət çəkir.Hüseyn Süleymanovun ailə üzvləri BAKU.WS-ə müraciət edib və xeyirxah insanlardan kömək gözləyir. Anadangəlmə xəstəlikdən əziyyət çəkən balaca artıq 4 əməliyyat olunub. Ancaq onun sağalması üçün mərhələli şəkildə müalicə və əməliyyata ehtiyacı var. Ailəsi imkansız olduğundan balaca Hüseynin tibbi xərclərini qarşılaya bilmirlər. Hüseynin anası Qənimət Süleymanova övladının sağlamlığını qovuşması üçün 30 min manat pul lazım olduğunu söyləyir: "Uşağımın köməyə ehtiyyacı var. Allaha xatir köməklik edin". Hüseyn bundan sonra daha 4 əməliyyat keçirməlidir. Belə ki, 6 yaşlı uşaq sinir bərpası, diz, topuq və ombasından əməliyyat olunmalıdır. Başına su yığılan balacanın ürəyində də qüsur var.Balaca Hüseynin sağlamlığına qovuşması üçün xeyirxah insanların köməyinə ehtiyac var. Köməklik etmək istəyənlər 0557011406 nömrəsi ilə əlaqə saxlaya bilər. Təqdim etdiyimiz bank hesabına pul köçürməklə də maddi yardım göstərə bilərsiniz. ŞahinBAKU.WS

Son xəbərlər