Bakıda xəstəxanada ikinci sinif şagirdi əməliyyat zamanı ölüb
18
okt
2017
17:30
Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb."Report"un məlumatına görə, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib. Yaxınları iddia edir ki, narkoz çox verildiyi üçün uşaq ölüb.Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş. Faktla bağlı araşdırmalara başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Daha bir uşaq it dişlədiyinə görə öldü
Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.Hadisə rayonun Lək kəndində baş verib.BAKU.WS report.az-a istinadən bildirir ki, kənd sa...