Dolların bahalaşması avtomobillərin ehtiyat hissələrinin qiymətlərinə də təsir göstərəcək.


BAKU.WS
-in məlumatına görə, bu barədə fins.az-a Bakıda avtomobil ehtiyat hissələri satan mağazalardan bildirilib. Verilən məlumata görə, hələlik hazırda satılan ehtiyat hissələrinin qiymətlərində hər hansı bir dəyişiklik olmayıb.Amma ölkəyə yeni gətirilən ehtiyat hissələri bahalaşacaq.

Ehtiyat hissələrinin qiymətləri 40 %-dən çox bahalaşacaq

Müxtəlif xarici avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçirən "ŞtutqarT mağazalar şəbəkəsindən fins.az-a verilən məlumata görə, hazırda avtomobil ehtiyat hissələrinin qiymətlərində hər hansı bir dəyişiklik edilməyib. Lakin yeni gətiriləcək ehtiyat hissələri yeni qiymətlə satılacaq. Ehtiyat hissələrinin 40 %-dən çox bahalaşacağı gözlənilir.

Bu gün müraciət edən olmayıb

Yapon və Cənubi Koreya avtomobillərinin ehtiyat hissələrini satan mağazadan isə bildirilib ki, adi günlərdə müraciət edən olsa da, bu gün ehtiyat hissəsi alan olmayıb. Bu da yəqin ki, manatın ucuzlaşması ilə bağlı olub. Mağazadan verilən məlumata görə, köhnə qiymətlər dəyişməsə də, yeni gətiriləcək ehtiyat hissələrinin qiyməti artacaq.
"Alıcı tapa bilirik ki...”

"Chevrolet”, "Cadillac”,”Hummer”, "Ford” və digər amerikan avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən mağazadan fins.az-a verilən məlumata görə artıq 2 aydır ki, ehtiyat hissəsi alan yoxdur. Buna səbəb əhalinin gəlirlərinin azalmasıdır. Mağazadan bildirilib ki, işçilərin əmək haqlarını,komunal xərcləri ödəmək artıq mümkün deyil. Hətta yeni ehtiyat hissələri ilə bağlı müraciət edilsə də, onları ölkəyə gətirə bilmirik.

BAKU.WS