VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Moskva Arbitraj Məhkəməsi Telman İsmayılovun müflis olduğunu təsdiqləyib.


BAKU.WS
-in məlumatına görə, bu barədə RBK agentliyi informasiya yayıb. Verilən məlumata görə, noyabrın 19-da Azərbaycan əsilli yəhudi biznesmen Telman İsmayılov Moskva arbitraj məhkəməsinə ərizə ilə müraciət edərək müflis elan edilməsini xahiş edib. Lakin məhkəmə bu iddia üzrə dekabrın 26-nadək gözləmə mövqeyi seçib. Sonradan onun müraciətinə bu gün baxılacağı barədə rəsmi məlumat yayılıb.


Rusiyada müflisləşmə haqda qanunun yeni redaktəsinin bu yaxınlarda qüvvəyə minməsindən istifadə edərək keçmiş milyarderin borclu olduğu banklar və şirkətlər onun müflis elan edilməsi barədə iddia qaldırıblar. İddiaçılar arasında "Bank Moskva” da yer alır.


Qeyd edək ki, Rusiyada Telman İsmayılovun yerli banklara 100 milyon dollardan çox borcu var. Bir vaxtlar dəbdəbəli və zəngin həyatın simvolu hesab edilən otel, indi hətta elektrik enerjisinə də qənaət etmək məcburiyyətində qalıb. İddia edilir ki, otelin yerli enerji şirkətinə borcu 600 milyon dollara yaxındır. Onun ən iri aktivi - Türkiyədəki 1,4 milyard dollarlıq "Mardan Palace” oteli də "Halk bank”a olan borcuna görə hərracda dəyərindən az qala 10 dəfə aşağı satılıb.


Rusiyanın "Moskva bankı" ("Bank Moskvı", VTB qrupu) Telman İsmayılovun rəhbərlik etdiyi AST Şirkətlər Qrupuna daxil olan "KBF AST" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 213 milyon dollarlıq iddia qaldırıb. "Moskva bankı" iddiasında 2012-ci il 28 sentyabr tarixində imzalanmış müqaviləyə əsasən "Ruslayn 2000" MMC-nin adına alınan 213 milyon dollar məbləğində borcun ödənilməsini tələb edib.

Ziya Babayev
BAKU.WS