50 min manatadək təklif edilən 1 dollar - VİDEO

50 min manatadək təklif edilən 1 dollar - VİDEO
Video
Sosial 571

100 manatdan 50 min manatadək. Bu Azərbaycanda satışa çıxarılan 1 dolların qiymətidir.

BAKU.WS xəbər verir ki, elan saytlarında 1 dollar fantastik qiymətə təklif edilir.

İddialara görə, sözügedən əsginasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın “Twitter”dəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.

Elə bu elan milyonlarla insanın xəyallara dalmasına səbəb olub. Artıq vəziyyət o yerə çatıb ki, 1 dollarlığın 2013-cü ildə tədavülə çıxarılması məsələsi belə yaddan çıxıb. Müxtəlif illərdə tədavülə çıxarılan 1 dollarlıqlar da baha qiymətə təklif olunur.

Ətraflı İTV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:

Oxşar xəbərlər

Son xəbərlər