5 ildən sonra Bakının bu ərazilərinə yeni METRO STANSİYALARI çəkiləcək
"Bənövşəyi xəttin üzərində tikiləcək yeni stansiyalar "Nizami" və "Sahil" stansiyalarının yaxınlığında, daha biri "Neftçilər" xəstəxanasının, digəri "Xətai" stansiyası ilə kəsişmədə, sonuncusu Ağ şəhər ərazisində inşa ediləcəklər".
Bu BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Yaşıl xətt üzrə isə "Xətai" stansiyasından sonra 4 stansiyanın tikilməsi nəzərdə tutulub.
"Bu stansiyalar Ağ şəhər, Neftayırma zavodu, "Nargilə" adlanan ərazilərdə və "Həzi Aslanov" stansiyası ilə kəsişmədə inşa ediləcək", - Deyə Metropolitenin məlumatında vurğulanıb.
Qeyd edilib ki, Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxeminə əsasən Bakıətrafı qəsəbələrə metro xətlərinin çəkilməsi 2030-cu ildən sonrakı dövr üçün nəzərdə tutulub.
Banu Hüseynli
Oxşar xəbərlər
Xidmət rəisi: Yanvarda temperatur 19 gün normadan yuxarı olub
2026-cı ilin yanvar ayında Azərbaycanda havanın temperaturu 19 gün iqlim normasından yuxarı (0.9–8.8 dərəcə), 10 gün normadan aşağı (0.7–1.9 dərəcə), 2 gün isə...