VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünyadakı buğda ehtiyatlarının kəskin azalması proqnozlaşdırılır.

BAKU.WS Qaynarinfo.az-a istinadən xəbər verir ki, dünyanın ən böyük 8 buğda ixracatçısının əlindəki ehtiyatlar dünyaya sadəcə 26 gün bəs edəcək miqdarda qalacaq. 2017-2018-ci illərdə 758 milyon ton buğda istehsal edilib, 2018-2019-cu ildə bu rəqəm 716 milyon ətrafında olacaq. Dünyadakı buğda ehtiyatının miqdarı isə 273 milyon tona çatacaq, lakin miqdarın 46%-inin Çinin əlində cəmləşməsi narahatlıq yaradır. Çinin ehtiyatları 2018-2019-cu ildə 50%-i ötəcək və son 5 illə müqayisədə 135% artacaq.

Mütəxəssislər bildirir ki, buğda ehtiyatı 2007-2008-ci il səviyyəsinə düşməyəcək. Qiymətlərin o dövrlə müqayisədə ucuz olması vəziyyətin daha da pisləşməsinin qarşısını alan faktorlardandır. Lakin son 1 ildə buğda qiymətində 25% artım müşahidə edilib.

BAKU.WS