Dünya aclıqla üz-üzə: Cəmi 26 gün bəs edəcək buğda qalacaq…
30
avq
2018
23:24
Dünyadakı buğda ehtiyatlarının kəskin azalması proqnozlaşdırılır.BAKU.WS Qaynarinfo.az-a istinadən xəbər verir ki, dünyanın ən böyük 8 buğda ixracatçısının əlindəki ehtiyatlar dünyaya sadəcə 26 gün bəs edəcək miqdarda qalacaq. 2017-2018-ci illərdə 758 milyon ton buğda istehsal edilib, 2018-2019-cu ildə bu rəqəm 716 milyon ətrafında olacaq. Dünyadakı buğda ehtiyatının miqdarı isə 273 milyon tona çatacaq, lakin miqdarın 46%-inin Çinin əlində cəmləşməsi narahatlıq yaradır. Çinin ehtiyatları 2018-2019-cu ildə 50%-i ötəcək və son 5 illə müqayisədə 135% artacaq.Mütəxəssislər bildirir ki, buğda ehtiyatı 2007-2008-ci il səviyyəsinə düşməyəcək. Qiymətlərin o dövrlə müqayisədə ucuz olması vəziyyətin daha da pisləşməsinin qarşısını alan faktorlardandır. Lakin son 1 ildə buğda qiymətində 25% artım müşahidə edilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda neft hasilatı ilə bağlı ABŞ-dan PROQNOZ
2018-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada 0,80 milyon barrel təşkil edəcək.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika...