13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bakınını Yasamal rayonunda şəhid adını daşıyan bulağı zibilxanaya çeviriblər.

BAKU.WS
-in məlumatına görə, bu barədə Facebook sosial şəbəkəsində yazılıb. Şəbəkədə yayılan fotoda şəhidin adını daşıyan bulağın ətrafında zibillərin atıldığı görünür. Foto Abbas Mirzə Şərifzadə küçəsi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində, şəhid Məhəmməddin Allahverdiyevin adını daşıyan bulağın önündə çəkilib.


Fotodakı mənzərəyə heç bir şərh vermək istəmirik. Sadəcə onu deyirik ki, bura zibil atan şəxslər elə biz özümüzük.


Ziya Səccad

BAKU.WS