VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

"Favorit” marketdən daha bir şikayət gəlib. 

 

BAKU.WS-in məlumatına görə, bu dəfə alıcılardan biri marketdən alınan balıq filesinin qablaşdırmasını açan zaman şoka düşüb. Şikayətçinin qablaşdırmanı açması anbaan lentə alınıb.

 

Video İqor Borkin adlı istifadəçi tərəfindən sosial şəbəkəyə yerləşdirilib. Alıcı balıq filesinin üzərindəki buz qatını əli ilə qıraraq bütöv çəki üçün verdiyi pulun yarısını əslində su için ödədiyini bildirir. Alıcı balıq filesi üzərindəki buz qatını qırıb qabın içinə tökür. Sonda qabda ən az balıq filesinin çəkisinin özü qədər buz qatı toplanır. 


Qeyd edək ki, bu "Favorit” marketlə bağlı ilk belə şikayət deyil. Bir qədər əvvəl marketdə malların piştaxtdakı qiymətlərlə kassada vurulan qiymət arasında fərq olduğu bildirilirdi. Şikayətdə deyilirdi ki, piştaxtlarda malların qiyməti ucuz göstərilərək alıcılar şirnikləndirilir. Kassaya isə baha qiymət vurulur.  

 

BAKU.WS