VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü günüdür. Bu münasibətlə, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbərliyi və üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər.

Azərbaycan Turizm Assosiasiyasının rəhbərliyi və üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydular, Ulu Öndərin xatirəsini ehtiramla yad etdilər.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri qoydular.

BAKU.WS