Bu dəqiqələrdə Bakının Hüseyn Cavid prospektinə ev yanır.

BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, yanğın Hüseyn Cavid 168 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbinsə qeydə alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Mənzildə olanlar təxliyyə edilib.

Hazırda hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürənləri təhlükənin qarşısını almağa çalışırlar.

Nihat HÜSEYNZADƏ
BAKU.WS