VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aprelin 8-də "İlhamla Zirvələrə” devizi altında müasir Üzgüçülük Kompleksi – "AAAF Pool & Spa”nın təntənəli açılış mərasimi keçirilib. Tədbirə yüzlərlə sakin və qonaq, Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ qaziləri, AAAF Park Yaşayış Kompleksi və "Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri və digər mötəbər insanlar qatılıblar. Mərasim böyük izdiham və maraqla qarşılanıb.

Azərbaycan idman ölkəsidir. Respublikamızda idmanın bütün növlərinin inkişafı üçün şərait dünya səviyyəsində qəbul və təqdir edilmişdir. Mötəbər beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə edilən nəticələr, həmçinin ölkəmizdə hər il təşkil olunan yüzlərlə yarışların ən yüksək şəraitdə təşkili bunun bariz nümunəsidir.

Azərbaycanda sahibkarlığın inkişafına dövlət səviyyəsində dəstək verilir. Bunun nəticəsində iş adamları ölkəmizdə beynəlxalq dərəcəli layihələri həyata keçirə bilir. Bu layihələrdən biri də AAAF Park Yaşayış Kompleksidir. Bu Kompleks çoxfunksiyalı, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz bir layihədir.

Burada insanların rahatlığı, firavan yaşayışı üçün bütün imkanlar yaradılan bu məkan həm də bir idman layihəsidir. Azərbaycan ağır atletikasının lokomotivi olan "Zirvə” İnternational Sport Clubs-ın mərkəzi bazası olan bu Kompleksdə həmçinin futbol, cüdo, bədii gimnastika, karate, şahmat, taekvondo ilə məşğul olmaq üçün şərait vardır. Bu gün daha bir idman növü – üzgüçülük də bu sıraya qoşuldu.


Aprelin 8-də "İlhamla Zirvələrə” devizi altında müasir Üzgüçülük Kompleksi – "AAAF Pool & Spa”nın təntənəli açılış mərasimi keçirilib. Tədbirə yüzlərlə sakin və qonaq, Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ qaziləri, AAAF Park Yaşayış Kompleksi və "Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri və digər mötəbər insanlar qatılıblar. Mərasim böyük izdiham və maraqla qarşılanıb.

Üzgüçülük kompleksinin açılışı üçün qırmızı lent kəsilib. Bu hüquq yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionları olmuş 4 idmançı – Səbinə Əzimova, Rüstəm Qasımov, Füqan Əliyev və Tarmenxan Babayevə verilib. Daha sonra hər kəs içəri daxil olaraq Komplekslə tanış olub.

Ən müasir standartlara uyğun Üzgüçülük Kompleksi öz multifunksionallığı ilə seçilir. Burada 100 yerlik tamaşaçı tutumuna malik hovuz, uzunluğu 25 metr, dərinliyi isə 1,5 – 1,7 metr olan 6 sıradan ibarətdir. Hovuz həm idman yarışların keçirilməsi, həm də şəxsi istifadə üçün yararlıdır. Burada müştərilərə soyuq və isti içkilər təklif olunur.

Kompleksdə 3 sadə və 2 VIP olmaqla 5 masaj otağı fəaliyyət göstərir. Türk hamamı, buz otağı, fin saunası, rus hamamı, şok duş otağı, gözəllik salonu, istirahət otağı, paltardəyişmə və duş otaqları, 3 VIP otaq da xidmətə açıqdır.


Kompleksdə həmçinin 20 nəfərin eyni zamanda məşğul ola biləcəyi fitness mərkəzi də var. Ən müasir avadanlıqlarla təchiz olunmuş məkanda həm günün yorğunluğunu atmaq, həm də sağlamlığı möhkəmləndirmək mümkündür.

Qonaqlar gördüklərin razı qalıb, görülən işlər və yaradılan şəraiti təqdir ediblər. Kompleks ilə tanışlıqdan sonra mərasiminin rəsmi hissəsi başlayıb.

Burada AAAF Park Yaşayış Kompleksinin təsisçisi Tofiq Heydərov və "Zirvə” Beynəlxalq İdman Klubunun direktoru Rizvan Rəsulov çıxış ediblər. Onlar Azərbaycanda idmana və biznesə yaradılan şəraitdən danışıb, inkişaf üçün bütün imkanların olduğunu qeyd ediblər. Natiqlər bildirib ki, ölkəmizdə hökm sürən sabitlik böyük layihələrin həyata keçirilməsinə təkan verir, açılışında iştirak etdiyimiz məkanlar da bu prosesin bir hissəsidir. Onların vurğuladığı kimi, ümummilli lider Heydər Əliyevin təməli qoyduğu siyasətin layiqli davamçısı olan Cənab İlham Əliyevin şəxsi başçılığı ilə idmana göstərilən diqqət və qayğı Azərbaycanı işıqlı gələcəyə aparır. Onlar çıxışlarında 11 Aprel tarixində keçiriləcək prezident seçkilərində bütün AAAF Park sakinlərini və tədbir iştirakçılarını aktiv etməyə və ölkəmizin indiki layiqli prezidenti Cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibi Səbinə Əizmova da çıxış edərək ürək sözlərini bildirib. 17 yaşlı atletimiz onlara yaradılan yüksək şəraitdən danışıb, məşq etmək və uğurlar qazanmaq üçün bütün imkanlara malik olduqlarına görə başda ölkə rəhbərliyinə, "Zirvə” İSC və Azərbaycan Ağır Atletika Federasiyasına öz minnətdarlığını dilə gətirib.

Sonra mərasimin bədii hissəsinə keçilib. Azərbaycan Respublikasının Xalq Artistləri Nazpəri Dostəliyeva və Bilal Əliyev gözəl mahnılar ifa edərək qonaqlar və sakinlərə xoş ovqat bəxş edib, onların gözəl vaxt keçirməsinə nail olublar.

Qeyd edək ki, ötən ayda Sumqayıt şəhəri, Heydər Əliyev pr. və Bakı şəhəri Azadlıq prospektində Ağır atletika kompleksləri "İlhamla Zirvələrə” devizi altında fəaliyyətə başlamışdı.

Növbəti iki gün ərzində daha iki kompleksin açılışı Lənkəran və Lerik rayonlarında həyata keçiriləcəkdir.

BAKU.WS