405 subyektə qida təhlükəsizliyi üzrə sertifikat verilməyib
Yeniliklərdən dərhal xəbərdar olun
“2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10652 sahibkarlıq subyektindən 405-ə imtina verilib”.
BAKU.WS xəbər verir ki, bunu 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında AQTA sədri Qoşqar Təhməzli bildirib.
O deyib ki, hesabat dövründə sahibkarların yeni qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması, maarifləndirilməsi, sahibkarlarla dövlət-özəl əməkdaşlığının təmin edilməsi məqsədilə bir sıra biznes assosiasiyaları, ticarət palataları ilə birlikdə 80 tədbir təşkil edilib, 3900-dən çox sahibkarla görüşlər keçirilib:
“Qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb və bütün ölkə üzrə tətbiq edilib. 2019-cu il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub”.
Oxşar xəbərlər
Qida təhlükəsizliyi ilə bağlı 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirilib
Ötən il Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxl...