4 nəfər koronavirus xəstəsinə qarşı cinayət işi başlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.
İstintaq araşdırmaları davam etdirilir.
Oxşar xəbərlər
Bakıda evi tərk edən səkkiz aktiv koronavirus xəstəsi aşkar edildi - FOTO/VİDEO
Xətai, Sabunçu, Nəsimi və Nərimanov rayonlarında səkkiz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, həmin şəxslərdən biri barəs...