SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, küçə ilə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

Sözügedən ərazidə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

BAKU.WS