VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakının bəzi ərazilərdə motosikletlə hərəkət qadağan ediləcək.


Bakı şəhər Dövlət Yol Polsi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun BAKU.WS-ə verdiyi məlumata görə, artıq bununla bağlı xüsusi nişanlar qoyulur. Onun sözlərinə görə, bir neçə gün əvvəl Neftçilər prospektində quraşdırılan motosikletlə "hərəkət qadağandır" nişanı artıq bir neçə ərazidə quraşdırılıb.

"Artıq Bakıda 6 yerdə belə nişan qoyulub. Gələcəkdə də həmin nişanları çox yerdə görəcəksiniz. Hazırda "Siqnal” idarəsi bununla bağlı araşdıma aparır. Əhalinin sıx məskunlaşdığı yerlərdə belə nişanlar qoyulacaq”, - deyə Vaqif Əsədov bildirib.

Ziya Səccad

BAKU.WS