VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib ki,
“Səhər saat 8:04 Həzi Aslanov stansiyasında 15 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb. Sözügedən stansiyada gərginlik yox idi, nasaz qatarı xətdən çıxarmağa çalışırdıq. Sərnişinləri daşımaq üçün “Əhmədli” və “Neftçilər” stansiyasında digər xəttə qatar göndərdik. Bu müddətdə təxminən 6-7 dəqiqə interval yarandı. On dəqiqə sonra intervalı iki dəqiqəylə bərpa elədik. İyirmi dəqiqə sonra isə Həzi Aslanovda hərəkət qaydasına düşüb. Hazırda xətdə heç bir problem yoxdur, bir az sərnişin sıxlığı var. O da pik saatlara görədir”.

N.Paşayev bildirib ki, qatarlarda texniki nasazlıq istənilən vaxt ola bilər.

Tuncay
BAKU.WS