
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi – hər iki istiqamət) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.
Sürücülərə alternativ olaraq sözügedən yolun “20-ci sahə” ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.
BAKU.WS