Bakının əsas yollarından biri 4 gün bağlı olacaq - RƏSMİ

Bakının əsas yollarından biri 4 gün bağlı olacaq - RƏSMİ
Hadisə 1216
 

Sabahdan Binəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq tətbiq ediləcək.

"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək, yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərə alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir", - deyə məlumatda əlavə olunub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda bu yol 3 gün bağlı olacaq – XƏBƏRDARLIQ

Bakıda bu yol 3 gün bağlı olacaq – XƏBƏRDARLIQ

Bakının Balaxanı-Binəqədi yolu 3 gün bağlı olacaq. BAKU.WS "Azəravtoyol”a istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu...

1850 Sosial 19:52 08 avqust 2017

Son xəbərlər