Paytaxtın bu avtomobil yolu təmirə bağlanır

Paytaxtın bu avtomobil yolu təmirə bağlanır
Sosial 1317

 

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

"Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, məhdudlaşdırma təqribən yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənədək qüvvədə saxlanılacaq.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddətə aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Binəqədi-Novxanı yolu təmirə bağlanır - XƏRİTƏ

Binəqədi-Novxanı yolu təmirə bağlanır - XƏRİTƏ

Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 17-dən 18-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində hər...

2060 Sosial 15:05 17 aprel 2017

Son xəbərlər