SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

26 oktyabr 2015-ci il tarixində, Bank of Baku fiziki əlilliyi olan şəxslərə dəstək olmaq üçün icrasına başladığı "Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin rəsmi açılış mərasimini həyata keçirib. 
 

Hilton Baku hotelində baş tutan rəsmi açılış mərasimində layihə iştirakçıları, təlimçilər, tərəfdaş şirkətlərin məsul şəxsləri, KİV nümayəndələri və eləcə də məhdudiyyətlərə baxmayaraq uğur əldə edə bilən və öz uğurları ilə iştirakçılar üçün əsl örnək olan qonaq spikerlər də iştirak edib.
 
Rəsmi açılış mərasimindən sonra layihə iştirakçıları Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilov tərəfindən "Psixologiya və Motivasiya” mövzusunda təlimdə iştirak ediblər.

Ümumilikdə 37 nəfər fiziki əlilliyi olan şəxsi əhatə edən bu layihə çərçivəsində iştirakçılar hər biri ayrılıqda bir həftə davam edəcək 4 mövzu ətrafında yerli ekspertlər tərəfindən keçiriləcək təlimlərdən faydalana biləcəklər: 1) Bloqçuluq (26-31 oktyabr); 2) Sosial şəbəkələrin idarəedilməsi (2-7 noyabr); 3) Şəbəkə administratorluğu (9-14 noyabr); 4) Məlumat Mərkəzi İşi (16-21 noyabr). 
Bank of Baku təlimləri uğurla bitirən hər bir şəxsin işlə təmin olunmasına çalışmaqla yanaşı, bilavasitə onların cəmiyyətə re-inteqrasiya olunmalarına da dəstək olmağı nəzərdə tutur.  

Qeyd edək ki, cəmiyyətimizin əlilliyi olan şəxslərə diqqət və qayğısını artırmaq məqsədilə Bank of Baku layihənin davam edəcəyi 1 ay ərzində öz rəsmi sosial şəbəkələrində #meydanoxu həştəqi ilə sosial şəbəkə iştifadəçilərini də məhdudiyyətlərə meydan oxumağa çağıracaq. 

Layihənin icrasında Bank of Baku ilə birlikdə məhdudiyyətlərə meydan oxuyan tərəfdaş qurumlar arasında "Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi,  Hilton Baku hoteli, Shamans Creative Bureau, Prosper Digital Agency, Sultan’s Restaurant, BrandUp Digital Agency, Jamil Mirzoyev, Alex Levi Photo və "Taksi sifarişi xidməti – 189” şirkətini qeyd etmək lazımdır.  

Layihənin gedişatı ilə bağlı bütün xəbərləri bankın rəsmi sosial şəbəkələrindən və internet ünvanından əldə edə bilərsiniz.