Xəyanətin əsas səbəbi açıqlandı

Uzunmüddətli münasibətlərdə xəyanətin əsas səbəbi açıqlanıb.
BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, xəyanətə səbəb olan əsas amil cansıxıcılıq deyil, uzunmüddətli münasibətlərdə emosional və erotik tənəzzüldür. Bu barədə 45 illik təcrübəyə malik psixoterapevt və seksoloq Ester Perel The Telegraph nəşrinə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə tərəfdaşlar arasında ehtirasın tədricən sönməsi geniş yayılmış və təbii haldır. Lakin bəzi hallarda bu, tərəfdaşlardan birində və ya hər ikisində təkliq hissinin yaranmasına gətirib çıxarır. Məhz bu hiss xəyanətə səbəb ola bilər.
Perel hesab edir ki, münasibətlərdə ehtirası bərpa etmək mümkündür. Bunun üçün tərəfdaşlar bir-birilərini yeni baxış bucağından görməyə çalışmalıdırlar. Bu, yataq otağında yeniliklər, səmimi söhbətlər və yeni birgə rituallar vasitəsilə mümkündür. Psixoterapevtin fikrincə, əsas məqsəd tərəfdaşa həm qarşı tərəfi, həm də özünü yeni bir kontekstdə görmək imkanı yaratmaqdır.
Onun digər məsləhəti isə tərəfdaşların bir müddət ayrı-ayrı çarpayılarda yatması və ya tətillərini fərqli keçirməsidir. Bu, bir-birilərinə darıxmaq fürsəti verə bilər.
Bundan əvvəl psixoloq Flavio Nunes cütlüklərə xəyanətdən qorunmağın sadə yolunu təklif etmişdi. O, münasibətlərin əvvəlində tərəflərin nəyi xəyanət hesab etdiklərini dəqiq şəkildə razılaşdırmalarını tövsiyə etmişdi.
Oxşar xəbərlər
Bu şəxslərə mineral su içmək olmaz
Piroqov Universitetinin farmakologiya kafedrasının assistenti, tibb kimyası və toksikologiyası şöbəsinin kiçik elmi əməkdaşı Denis Borozdenko mineral suların tə...