308 nömrəli məktəbdə "Son zəng"ə görə pul tələb olunmasına dair iddialara aydınlıq gətirilib

"308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir".
BAKU.WS xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildiriblər.
Qeyd olunub ki, "Son zəng" tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır.
Həmçinin sözügedən məktəbin XI sinif şagirdlərindən dərsdə iştirakdan azad olmaq üçün ayda 100 manat tələb olunması iddiasına da münasibət bildirilib. Qeyd olunub ki, 308 nömrəli məktəbdə XI sinif şagirdləri tədris prosesində iştirak edirlər.
Xatırladaq ki, 308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə şagirdlərin hər birindən 150 manat, XI siniflərin dərsdə iştirak etməməsinə görə isə aylıq 100 manat pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Oxşar xəbərlər
İmişlidə Heydər Əliyev adına istirahət parkında aparılan yenidənqurma işləri yekunlaşdırılıb
İmişli şəhərinin mərkəzində yerləşən və Ümummilli Lider Heydər Əliyevin adını daşıyan istirahət parkında aparılan əsaslı yenidənqurma və abadlaşdırma işləri tam...
