3000 abonentin qaz təchizatında fasilə olacaq
22
yan
2026
14:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən BAKU.WS-ə verilən məlumata görə, qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...