3 gün sonra bu ərazidə yaşayan 6000 abonentin QAZI KƏSİLƏCƏK
Bazar ertəsi, avqustun 18-də Masallı rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsilə əlaqədar avqustun 18-də saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu müddət ərzində ümumilikdə 6 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Oxşar xəbərlər
BDU-nun 23 milyonluq tenderini yenə bu şirkət qazandı
Bakı Dövlət Universitetinin (BDU) 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurulub. BAKU.WS qaynarinfo-ya isti...