3-cü doza peyvəndə ehtiyacı olan şəxslər BUNLARDIR
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhətçi Qrupu koronavirusa qarşı peyvəndinin üçüncü dozasına ehtiyacı olan bir qrup şəxsin adını açıqlayıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Xüsusilə, immuniteti zəif olan insanlar üçün COVID-19-a qarşı əlavə dərman dozası tövsiyə olunur. Bu tövsiyə Pfizer-BioNTech, Moderna, AstraZeneca, Covishield, Johnson & Johnson, Sinopharm və Sinovac vaksinləri vurduran hər kəsə aiddir.
Bundan əlavə, Çin vaksinləri olan Sinovac və ya Sinopharm ilə peyvənd olunan 60 yaşdan yuxarı insanların üçüncü dozası ilə peyvənd olunması məsləhət görülüb.
Oxşar xəbərlər
Peyvənd seçimi ilə bağlı vətəndaşlara MÜRACİƏT
Azərbaycanda istənilən vətəndaş ölkədə istifadə edilən 4 peyvənddən birini könüllü seçə bilər. BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və...