VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 

Artıq məzuniyyətdən qayıdan Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də vətəndaşlarla görüşəcək.


BAKU.WS
-in məlumatına görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Nnaziri Ziya Məmmədov 23 oktyabr 2015-ci il tarixində Neftçala şəhərində Salyan, Biləsuvar və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.


Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 21 oktyabr 2015-ci il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

Salyan "20 saylı Yol İstismarı İdarəsi” (Salyan şəhəri, 20 Yanvar küçəsi-1)

Biləsuvar "21 saylı Yol İstismarı İdarəsi” (Biləsuvar şəhəri, Vaqif  küçəsi, 1)

Neftçala "39 saylı Yol İstismarı İdarəsi” (Neftçala şəhəri, 33-cü məhəllə)

Ziya Səccad
BAKU.WS