"28 May" stansiyasında eskalatorlardan biri istismardan çıxarılacaq
Bakı Metropoliteninin "28 May" stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti istismardan çıxarılacaq.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni"QSC-dən məlumat verilib.
Bildirilib ki, 2012-ci ildən istismarda olan "Victoria FT-935" tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki xidmət və təmir işləri aparılır.
Qeyd olunub ki, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün çıxışda qalan üç eskalator fasiləsiz fəaliyyət göstərəcək.
Məlumata görə, təmir işləri iyulun 10–dan avqustun 1-dək davam edəcək.
Oxşar xəbərlər
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sentyabrın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu və Xətai rayonlarında qaz təchizatında qısamüddə...