"28 May" Nəqliyyat Mübadilə Mərkəzində yeni nəsil işıqforlar quraşdırıldı
Piyadaların təhlükəsizliyini artırmaq üçün Bakıda ilk dəfə yeni nəsil piyada işıqforları quraşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qurum tərəfindən Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, metronun "28 May" stansiyasının yaxınlığında ümumilikdə 12 ədəd belə işıqfor işə salınıb. Bu işıqforların piyada bölməsinin alt hissəsinə quraşdırılan LED işıqlar nizamlayıcının qırmızı işığı yandığı zaman axşam saatlarında dirəyin aşağı hissəsini piyadaların diqqətini cəlb edəcək səviyyədə eynirəngli işıqla işıqlandırır.
Nəticədə piyada zolağına yaxınlaşan piyadalar keçiddən istifadədə daha diqqətli olurlar. Bu cür işıqforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulub. Ümumilikdə Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yeni kabel-kommunikasiya xətləri çəkilməklə 13 ədəd avtomobil, üç ədəd velosiped svetoforları quraşdırılıb.
Oxşar xəbərlər
Pensiya ilə bağlı ŞAD XƏBƏR - Ev almaq və biznes qurmaq mümkün ola bilər
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir. BAKU.WS xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vü...