"28 Mall"a giriş bərpa olundu
Bakıda "28 Mall" Ticarət Mərkəzinə giriş bərpa olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Ticarət Mərkəzi məlumat yayıb.
Xatırladaq ki, ticarət mərkəzinə giriş səhər saatlarında texniki səbəblərlə əlaqədar bağlanmışdı.
***16:07
"28 Mall" Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bu barədə Ticarət Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, texniki səbəblərə görə "28 Mall" Ticarət Mərkəzində işıqlar sönüb:
"Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.
Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır".
Oxşar xəbərlər
Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir"
Lerikin ucqar dağ kəndi olan Bradinin sakini Qədir Qurbanovun ailəsi illərdir qəzalı vəziyyətə düşən evdə yaşayır. Onun sözlərinə görə, ev 1970-ci ildə tikilib....