2016-cı ildə Azərbaycanda orta təhsil müəssisələrinin 22 min müəlliminin əməkhaqları artırılacaq.

BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "2016-cı il üçün Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu, gələn ilin dövlət büdcəsində sosial ehtiyaclar üçün xərclərin azaldılmaması sayəsində mümkün olacaq.

H.Rəcəbli, həmçinin qeyd edib ki, gələn il 12 regionda müəllimlərin attestasiyası üzrə mərkəzlər yaradılacaq.
 
BAKU.WS