Bakıda mağazalardan biri qeyri-adi bayram kampaniyasına start verib.
 
BAKU.WS-in məlumatına görə, "Kontakt Home" mağazalar şəbəkəsi Novruz Bayramı münasibətilə "hər 100 manata, 100 qram qoz-fındıq" kampaniyasına başlayıb.
 
Məsələn 600 manatlıq bazarlıq edən müştəriyə 600 qram qoz-fındıq verilir. Müştərinin onun payına düşən bayram payını özü seçə bilər. Yəni, 600 qram qoz və ya fındıq seçimində müştəri tam sərbəsdir.
 
Bayram kampaniyası sosial şəbəkələrdə böyük marağa səbəb olub. 
 
Nazim Babayev
BAKU.WS