13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
 
Dünyanın ən məşhur mesajlaşma proqramı Whatsapp daha bir yeniliyə imza atıb.
 
BAKU.WS-in məlumatına görə, Whatsapp "işarəli mesaj" xüsusiyyətini işə salıb. Bu funksiya ilə artıq söhbət edərkən vacib yazışmaları "ulduz" işarəsi qoymaqla daha əl çatan edəcəksiniz. 
 
 
Dünəndən etibarən istifadəyə verilən yeniliyi tətbiq etmək isə çox asandır. Bunun üçün ilk növbədə mesajlaşdığınız birinin söhbət ekranını açın. Daha sonra ulduzlamaq istədiyiniz hər hansı bir mesajın üzərinə toxunun.

Daha sonra çıxan ekranda ulduz simvolunu görəcəksiniz. Oraya bir dəfə basın.

Bundan sonra həmin seçilən mesajları "Mesajlar qeydi" bölməsinə əlavə etmiş olacaqsızınız. Nəticədə seçdiyiniz mesajları asanlıqla əldə edərək istifadə etmək mümkün olacaq. 
 
ŞAHİN Həbibov
BAKU.WS