VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Millət vəkili Fəzail Ağamalı hökumətin hesabatında çıxışı zamanı ərzaq məhsullarının qiymətinin qalxmasına reaksiya verib.

BAKU.WS "Qafqazinfo”-ya istinadən xəbər verir ki, o qeyd edib ki, bu gün bazarlar od tutub yanır: "Ərzaq məhsullarının, xüsusilə də ətin qiyməti qalxır. Bununla bərabər, tikinti materiallarının qiyməti də durmadan artır. Qiymət artımının qarşısını almaq üçün möhtəkirlərə qarşı tədbirlər görülməlidir. Kiçik və orta sahibkarlığın inkişafı üçün yaşıl işıq yandırılmalıdır. Bu sahədə olan bürokratiyanı, əngəlləri aradan qaldırmaq üçün olduqca radikal addımların atılmasına ehtiyac var”.

Millət vəkili Elmira Axundova isə çıxışında bank sektoruna inamın azaldığını qeyd edib: "İnsanlar banklarla üz –üzə qaldılar. Nəticədə intihar edənlər də oldu. Məndə olan məlumata görə, daha bir neçə bankın birləşdirilməsi gözlənilir. Tələb təklifi üstələyir. Amma sahibkarlar bankdan kredit götürməyə risk etmir.

Bundan əlavə, səhiyyə ilə bağlı demək istəyirəm ki, dövlət tərəfindən dərman preparatlarının qiyməti aşağı düşdükdən bir sıra orijinal, yüksək keyfiyyətli xaricdən gələn dərmanlar yoxa çıxdı və onları tapmaq mümkünsüz oldu. Bəzən ən sıravi məhsulu belə tapa bilmirsən. Bunun üçün nazirin burada olmağından istifadə edərək bu məsələnin araşdırılmasını təklif edirəm.


Digər aktualı məsələ isə son günlər artan dəm qazı ölümləri ilə bağlıdır. Təklif edirəm ki, "Azəriqaz” qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq. Mövcud abonentlərin evində isə bu qurğular məcburi quraşdırılsın”.

Elmira Axundovanın dəm qazı ilə bağlı təklifinə isə vitse-spiker Valeh Ələsgərov reaksiya verib . O qeyd edib ki, dədə-babadan evlərdə odun da yandıranda mütləq baca olmalı idi: "Ona görə ki, əlavə zəhərlənmə maddə evdən çıxsın. Zəhərlənmə halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur. Əgər kimsə də cihaz qoymaq istəyirsə özü alsın qoysun, "Azəriqaz” bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır, ya yox?”.

Arzu Mirzəyeva
BAKU.WS