VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

SOCAR yanacaq doldurma məntəqəsi Ukraynada avtomobil sürücüləri üçün daha bir yeniliyə imza atır.
 
BAKU.WS-in məlumatına görə, 2009-cu ildən Ukraynada fəaliyyətinə başlayan şirkət müştərilərinə yüksək keyfiyyətli xidmət göstərir və ən son innovasiyalardan istifadə edir. Yanacaq doldurma məntəqələrinin ərazisində müştərilərə kafe, avtomobil yuma və supermarketdən istifadə etmək üçün bütün imkanlar yaradılıb.
 
"Saffron Restaurant Group" şirkəti məşhur "BUDDHA-BAR" şəbəkəsinin ilk lanc restoranını SOCAR YDM-lərində açmağı arzu edib. Nəticədə "BUDDHA-BAR" restoranları şəbəkəsi YDM-lərdə fəaliyyətə başlayır. "BUDDHA-BAR" azərbaycanlılarla yanaşı, Kiyev sakinlərinin də çox xoşuna gəlib. 

Bundan sonra ukraynalılar eyni vaxtda öz avtomobillərinə benzin doldura, onları yumaya verə, həm də Kiyevin ən elit müəssisələrindən birində yemək yeyə bilərlər. Restoranın qısa zamanda açılacağı ilə bağlı açıqlama verən "SOCAR" şirkəti bildirib ki, çox tezliklə vacib hadisə olacaq: "Yaxın günlərdə Kiyev şəhərində yeni "Buddha lounge" açılır. Açılış mərasimi təntənəli surətdə keçiriləcək". 

Maraqlıdır, görəsən Bakıdakı yanacaq doldurma məntəqlərində bu cür açılış gözlənilirmi?

BAKU.WS