2344 nəfər müəllim işdən çıxarıldı
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.
BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd olunub.
Məlumata əsasən, 2006 müəllim müvafiq keçid balını toplaya bilməyib. İmtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub.
Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.
Oxşar xəbərlər
Rəhman Hacıyev: "Qarabağın dirçəlişi ilə bağlı kitabı fərqləndirən əsas xüsusiyyət məzmunun hibrid formada təqdim olunmasıdır"
"Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabı Qarabağın tarixini, azad olunmasını və bərpa prosesini mətn, fotoşəkillər, eləcə də rəsmi şəxsləri...