Bu şəxslər 2000 manat cərimə ediləcək
Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə yeni cərimələr müəyyənləşib.
Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.
Bundan əlavə, Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə olunacaq.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...