Fərid Nağıyev Qaradağ rayon prokuroru təyin edilib

Qaradağ rayon prokuroru vəzifəsinə təyinat olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, bu vəzifəyə Fərid Nağıyev gətirilib.
F.Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.
Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Süleymanov ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.
Oxşar xəbərlər
Naxçıvan Prokurorluğunda YENİ TƏYİNAT
Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq...