Bakıda Bel Suono üç piano möhtəşəm şousu olacaq - FOTO
Bakıda Bel Suono Piano Trio şousu nümayiş olunacaq.
BAKU.WS xəbər verir ki, qrup Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək. Konsert proqramı noyabrın 21-də təşkil ediləcək.
Saat 20-00-da start götürən konsert 21-30-da yekunlaşacaq. Biletlərin qiyməti 30-200 AZN aralığındadır.
Onların repertuarında klassik və müasir musiqinin ən yaxşı nümunələri, həmçinin kollektivin solistləri tərəfindən layihə üçün xüsusi olaraq yazılmış yeni kompozisiyalar var.
Milyonlarla tamaşaçının beynində klassik musiqiçilərin ifaları ilə bağlı çevriliş yaradan virtuozlar müəllif adaptasiyasında müxtəlif dövrlərə aid fərqli janrlardan ibarət dünya şedevrlərini ifa edəcəklər.
Bel Suono Piano Triosunun hər konserti xeyirxahlıq və işığın bayramı, sevgi dünyasına səyahətdir! Bel Suono dünyada yeganə fortopiano triorusudur.
Şounu izləmək istəyənlər aşağıdakı linkə keçid edərək biletləri əldə edə bilərlər:
https://iticket.az/events/concerts/bel-suono-the-best/104327
Oxşar xəbərlər
Bakıda Bel Suono üç royal şousu baş tutacaq - VİDEO
Bakıda Heydər Əliyev Sarayının səhnəsində Bel Suono Piano Trio şousu nümayiş olunacaq. Konsert proqramı aprelin 18-də baş tutacaq və iki saat yarım davam edəcək...