Cəlilabadda intensiv yağıntılar bu il çiyələyin məhsuldarlığını xeyli azaldıb

Cəlilabadda intensiv yağıntılar bu il çiyələyin məhsuldarlığını xeyli azaldıb
Sosial 42

Cari ilin mayında ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti Cəlilabad rayonunda çiyələyin məhsuldarlığına mənfi təsir göstərib.

Bu barədə "Report"un yerli bürosuna Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Belə ki, ötən il 506 hektar sahədə 10 min 150 ton çiyələk məhsulu yetişdirilib. Bu il isə, 606 hektar sahədə 7 min 200 ton məhsul istehsal olunub. Bu isə məhsuldarlığın 1,5 dəfə - 30 % azalması deməkdir.

Fermerlərin sözlərinə görə, yağışlar yetişmiş məhsulu zədələdiyi üçün məhsul çürüyüb. Nəticədə belə bir vəziyyət yaranıb.

Oxşar xəbərlər

Son xəbərlər