SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Qarlı hava şəraiti ilə bağlı təyyarə reyslərində dəyişikliklər edilməyib.

AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq xarici və daxili təyyarə reyslərində heç bir dəyişiklik edilməyib. Təyyarə reysləri normal uçuş qrafikinə uyğun olaraq fəaliyyətlərini davam etdirirlər. Bundan əlavə reyslərin uzun müddətli gecikmə halı da qeydə alınmır. 
 
Qeyd edək ki, dünən günortadan başlayaraq ölkə ərazisində və paytaxtda hava şəraiti kəskin pisləşib, qar yağıb, yollar buz bağlayıb. Hal-hazırda ölkədə şaxtalı hava hökm sürür.    

Arzu Mirzəyeva 
BAKU.WS