AZALdan Boing açıqlaması: Mühərrikdə nasazlıq yoxdur
""Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə parkına daxil olan hər iki "Boeing 787 Dreamliner" təyyarələrində quraşdırılan "General Electric" mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil".
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"dan (AZAL) "Boeing 787 Dreamliner" təyyarəsinin mühərrikində aşkarlanan nasazlıqla bağlı yayılan məlumatlara cavab olaraq bildirilib.
Məlumata görə, "Azərbaycan Hava Yolları"-nın (AZAL) təyyarə parkına daxil olan hər iki Boeing 787 Dreamliner təyyarələrində quraşdırılan General Electric mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil. Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti General Electric və Boeing şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gələrsə hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək.
Onu da qeyd edək ki, bütün növ hava gəmilərinin aparılan müntəzəm texniki yoxlamaları və auditlər normal istismar zamanı onların təkmilləşdirilməsinə dair bəzi tövsiyələr tələb edə bilər. Bununla bağlı istehsalçılar tərəfindən əlavə servis bülletenləri buraxılır ki, bu da normal dünya praktikasıdır.
Boeing 787 Dreamliner ən müasir sərnişin təyyarələrindən biridir. 250-dən çox bu tipli təyyarələr dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Bu tiplitəyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur.
BAKU.WS
Oxşar xəbərlər
AZAL turizm agentliklərinin dələduzluğu ilə əlaqədar sərnişinlərə müraciət etdi
AZAL aviaşirkəti aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır - SİYAHI Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq "Azərbaycan Hava Yoll...