VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabah Bakının Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar nəzərdə tutulmuş işlər aparılacaq.

Bu üzdən fevralın 16-da saat 09.30-dan 17.00-dək Sabunçu rayonunun Balaxanı və Sabunçu qəsəbələrinin, eləcə də Anaşkin adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılacaq işlərin Xəzər rayonunun Türkan və Stansiya Qala adlanan ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. Müvafiq işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. 

"Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.