SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinin Bakı şəhəri Xətai rayonunda  3 otaqlı evlə təmin edilməsi barədə göstəriş verib. Bu barədə şəhidin atası Salman Qurbanov  İstiPress-in Şimal bürosuna məlumat verilib.

Qusar rayon İH-dən verilən məlumata görə, bununla yanaşı Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov  şəhidin oxuduğu Həzrə kənd məktəbinə Çingiz Qurbanovun adının verilməsi üçün Nazirlər Kabineti  qarşısında məsələ də qaldırıb. .

Ç. Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb

Ç. Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Dövlət başçısı şəhidin ailə üzvlərini də qəbul edib və mükafatı onlara şəxsən təqdim edib. Ç. Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.
 
BAKU.WS